Məqsədimiz

Akvakultura fəaliyyətinin məqsədləri

Əmtəə-balıqçılıq fəaliyyətinin əsas məqsədləri aşağıdakılardır:

  • Akvakultura obyektlərinin inkubasiyası və artırılması;
  • Akvakultura əmtəə məhsullarının yetişdirilməsi;
  • Təbii ekosisitəmlərdə su bioresursların populyasiyalarının bərpası məqsədilə inkubasiya və süni artırılma üsulu ilə alınan balıq körpələrinin təbii mühitə buraxılması; Körpələrin bir qismi müəssisədə saxlanılmaq ücün, bir qismi isə İDEA (İnternational Dialogue on Environmental Action) təşkilatı və Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi  ilə birgə Kür çayına buraxılaraq Xəzər dənizinin bioresurslarının bərpasına yönəldilmək üçün nəzərdə tutulub
  • Yetişdirilən əmtəə balıq məhsullarının daxili və xarici bazarlara çıxarılması;
  • Akvakultura fəaliyyətinin iqtisadi və bio-texnoloji əsaslandırılması;
  • Biotexnoloji əsaslandırmaya uyğun istehsalatın təşkil edilməsi və yerli əhalinin iş yerləri ilə təmin edilməsi;
  • Nərə cinsli, axçalı və digər balıq növlərinin əmtəəlik yetişdirilməsi;
  • Balıqartırma məqsədi ilə nərə cinsli, axçalı və digər balıq növlərinin süni artırılması və təbiətə buraxılması;
  • İstehsalat prosesinin ekoloji normalara və sosial-iqtisadi tələblərə uyğunluğunun təmin edilməsi.