Qida Təhlükəsizliyi Sahəsində yürütdüyümüz siyasət

Biz, bazar iqtisadiyyatı şəraitində və biznes mühitində sağlam, dayanıqlı, rəqabətə davamlı liderliyə, səmərəlilik və keyfiyyət istiqamətində yüksək nailiyyətlərə nail olmaq üçün, müştərilərimizə təqdim etdiyimiz məhsulların istehsalında, qida məhsullarının təhlükəsizliyinin təkmilləşdirilməsini, habelə bütünlüklə təmin olunmasını, istehlakçıların, yerli və beynəlxalq standartların tələblərinə uyğun olaraq yüksək keyfiyyətli və tam təhlükəsiz qida məhsullarının istehsal olunub , müştərilərə çatdırılması istiqamətində siyasətin tətbiq olunmasını biznes mühitində rəqabətə davamlı liderliyi qoruyub saxlamaq üçün başlıca amal hesab edirik .

“Balıq məhsullarının emalı; kəsim, təmizləmə, dondurulma və kürü istehsalı; Yastıqların çeşidlənməsi və onlardan kürünün ayrılması, kürünün ayrılması, yuyulması,duzlanması, soyudulması və vakumlaşdırılması / qablaşdırma sahəsində fəaliyyət göstərən “Azvarvara” MMC yaranan hər hansı bir sualların həlli istiqamətində əlaqələrə dair daxili və xarici məlumatlar mübadiləsinin daimiliyini və aktuallığını təmin etməyi öz öhdəliyinə götürür.

İstehsalatın hər mərhələsində Qida Təhlükəsizliyi mədəniyyətinin tətbiq edilməsini, işçilərin diqqətinə çatdırılmasını və daimi olaraq təkmilləşdirilməsini təmin etmək

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qida məhsullarına dair qanun, hüquqi normativ  aktlara və sanitar normalara riayyət etmək, həmçinin beynəlxalq standartlara və müştərilərin tələblərinə uyğun olaraq əməli tədbirlərin  həyata keçirmək. 

Qida məhsullarının təhlükəsizliyi sisteminin idarəolunmasında səmərəli fəaliyyətinin təmin olunması sahəsində, rəhbərliyin liderliyi nəticəsində, sistemin zəruri resurslarla təminatı və müştərilərin maraqlarına uyğun olaraq sistemin daim yüksəlişə və yaxşılaşdırmağa doğru inkişafını dəstəkləmək. Təşkilatda çalışan işçi heyyətinin maddi, mənəvi, sosial vəziyyətinin yaxşılaşdırılması və bu istiqamətdə lazımi əməli tədbirlərin həyat keçirilməsi.

Təşkilatın əsas məqsədi – insanların sağlamlığının qayğısına qalmaq, təbii, ekoloji cəhətdən təmiz və saf, “CASPIANS“ brendi altında Sağlam qida məhsullarının istehsalında təhlükəsizliyin yüksək səviyyədə təmin olunması, yüksək keyfiyyətli məhsulların istehsalı və istehlakçıya çatdırılması, istehsal etdiyimiz məhsulların pərakəndə satışının təşkili və satış strategiyasının müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi, xalqımıza sevgi ilə hazırlanan yüksək keyfiyyətli məhsulun təqdim olunması və keyfiyyətli xidmətin göstərilməsi hesabına müştərilərin və istehlakçıların tam məmnunluğuna nail olmaq , onların təklif , tələb və şikayətlərini nəzərə alaraq təşkilatımızın təkmilləşməsini və daimi yüksəlişə doğru inkişafını təmin etmək.

Missiyamız – xalqımızın və insanlarımızın sağlamlığının qayğısına qalmaqla bərabər yerli bazarlara yeni məhsul konsepsiyası təqdim edərək istehsal etdiyimiz “CASPIANS” brendli təbii , ekoloji cəhətdən təmiz və saf, sağlam qidalanma ilə yanaşı sağlam bədəndə sağlam ruh prinsipini həyata keçirmək. Çünki hər bir insanın tək ürəyinə deyil, həmçinin rahatlığına və birinci növbədə sağlamlığına doğru aparan yol mədəsindən keçir.

Əsas vəzifə – Nərə,uzunburun,hibrid balıq növlərindən müxtəlif çeşidlərdən ibarət olan məhsullarının istehsalı sahəsində yerli və beynəlxalq bazar iqtisadiyyatı şəraitində lider olmaq, intensiv şəkildə daxili və xarici satış bazarlarına inteqrasiyanı təmin etmək, hər bir istehlakçının “Sağlam qida məhsullarına” olan tələbatını və ehtiyaclarını keyfiyyətli məhsulun təklifi yolu ilə ödənilməsini təmin etmək.

Keyfiyyət – Bizim müştərilərimiz – xalqımız, doğmalarımız, yaxınlarımız və əzizlərimiz, dəyər verdiyimiz insanlar – öz ailəmizdir. Biz onlar üçün, tərəfimizdən qayğı və sevgi ilə hazırlanan , yüksək keyfiyyətli məhsul istehsal edən və istifadəsinə təqdim edən yerli şirkətik. İstehsal etdiyimiz bütün məhsullar  müasir, qabaqcıl, innovativ, Beynəlxalq və Avropa standartlarının tələblərinə uyğun olan yüksək texnologiyalı avadanlıq və dəzgahlar vasitəsilə emal olunur, kəsilir , qablaşdırılır. Müəssisədə mövcud istehsal prosesləri çox pilləli təhlükəsizlik tədbirlərindən ibarətdir, hansı ki , öz növbəsində, qida məhsullarını risk və təhlükələrdən qoruyaraq, onların tam təhlükəsizliyini təmin edir. Hər bir məhsul bütün sanitar norma və qaydalara çox ciddi sürətdə riayət olunaraq , qanunvericiliyin tələblərinə , milli və beynəlxalq standartlara uyğun olaraq hazırlanır . Şirkətimiz kahı növlərinin , balıq və balıq məshullarının istehsalı və emalı sektorunda istehsal etdiyi məhsulların yüksək keyfiyyəti ilə qürur hissi duyur. “AZVARVARA” MMC – Keyfiyyət amilləri və göstəricilərinə görə istehsalçılar arasında liderlik mövqeyini qoruyub saxlayır.