Haqqımızda

Biz kimik?

AZ VARVARA” MMC-nin Mingəçevir balıqartırma və balıqyetişdirmə elm-istehsalat kompleksinin əsas məqsədi ətraf mühiti qorumaq, milliyon İllərlə Xəzər dənizində və Kür çayında yaşayan kökləri kəsilməkdə olan nərəcinsli balıqların sayının artırılması və Azərbaycan Respublikasının əhalisini təzə, sağlam balıq və  balıq məhsuları ilə təmin etməkdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVİN ‘’Regionların  sosial–iqtisadi inkişafı üzrə dövlət proqramı’’ nın icrasını və qeyri neft sektorunun inkişafının icrasını rəhbər tutaraq Mingəçevirdə nərə balıqları yetişdirilməsi və artırılması elm-istehsalat sahəsinin  tikilməsinə və quraşdırılmasına 2008-ci ildə başlanmışdı, və bütün beynəlxalq standartlara və texnoloqiyalara uyğun analoqu olmayan kompleks yaradılmışdır.