Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu gün ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsi və bir çox sahələri əhatə etməsi müşahidə olunur. Bu sırada Azərbaycanda balıqçılıq sənayesinin inkişaf etdirilməsi də xüsusi əhəmiyyətə malikdir. Ölkəmizdə qədim ənənələri olan balıqçılıq sənayesində yeni texnologiyaların tətbiq olunması, dünya standartlarına cavab verən ixrac məhsullarının hazırlanması indi qarşıda duran prioritet məsələlərdən biridir. Digər tərəfdən bu sənaye sahələrinin regionlarda inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan məqsədlərin reallaşdırılması bölgələrdə başlanan inkişaf proseslərinin daha güclü xarakter almasına imkan verir. Belə müəssisələrdən biri də Varvara balıqartırma müəssisəsidir.

Müəssisə ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.